Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub

12.10.2022

Oktyabrın  12-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

12.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub 12.10.2022
  • Yevlax rayon sakini Vüqar Əsədovu bıçaqla vuraraq qəsdən öldürməkdə şübhəli bilinən qardaşı E.Əsədov tutularaq istintaqa təhvil verilib 12.10.2022
  • Nizami rayonunun Q.Qarayev prospektində “Mercedes” markalı avtomobillə 50-55 yaşlı kişi vurulub 12.10.2022
  • Abşeron rayon sakini P.Əliyevdən heroin aşkar olunub 12.10.2022
  • Gəncə şəhər sakini E.Allahverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 12.10.2022
  • Qəbələ rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Z.Zahidli saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub 12.10.2022
  • Qusar rayonunun Samur qəsəbə sakini R.Əliyevdən marixuana götürülüb 12.10.2022
  • Oğuz rayonunun Bayan kəndi ərazisində yabanı halda bitmiş 3 ton 782 kiloqram çəkidə çətənə kolu məhv edilib 12.10.2022