İçərisində 400 manat pul olan xeyriyyə qutusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev müəyyən olunaraq saxlanılıb
11.10.2022Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.