Oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini Z.Kərimov müəyyən olunaraq saxlanılıb
11.10.2022Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.