Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.10.2022Oktyabrın 11-də saat 21 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində rayon sakini E.Qarayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobillə yolu keçən kənd sakini G.Səlimxanzadəni və Tərtər rayon sakini Tünzalə Rəsulovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, T.Rəsulova orada ölüb.
Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.