Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Davidov saxlanılıb
10.10.2022Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Süleymanovanın içərisində pul, mobil telefon və qızıl boyunbağısı olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Davidov saxlanılıb. Araşdırma aparılır.