Yevlax rayonunun Gülövşə kəndi ərazisində “VAZ-210104” və “Tofaş” markalı avtomobillər toqquşub
09.10.2022Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub. Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.