Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub

05.10.2022

Oktyabrın 5-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

  • Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    
  • Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

05.10.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub 05.10.2022
  • Goranboy rayonunun İrəvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 05.10.2022
  • Balakən rayonunun Hənifə kəndi ərazisində yol-nəqliyyat hadisəsi 05.10.2022
  • Bakı şəhər sakini X.Səmədliyə məxsus çantaya baxış zamanı oradan 258 qramdan artıq heroin və 499 qrama yaxın tiryək aşkar edilərək götürülüb 05.10.2022
  • Oğurluq etdiyinə görə tutulan T.Tağıyevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir 05.10.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva saxlanılıb 05.10.2022
  • Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şəki şəhər sakini M.Teyyubov saxlanılıb 05.10.2022
  • Biləsuvar şəhər sakini R.Azayevdən 1 kiloqram 490 qram heroin götürülüb 05.10.2022
  • Balakən rayonunun Gərəkli kənd sakini F.Qarayevin yaşadığı evdən 2 kiloqram 185 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu götürülüb 05.10.2022
  • Şirvan şəhər sakini C.Alışovdan narkotik vasitələr aşkar edilərək götürülüb 05.10.2022
  • Dələduzluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini T.Sadıxzadə saxlanılıb 05.10.2022
  • Füzuli rayonunun işğaldan azad olunmuş ərazisindən silah-sursat tapılmışdır 05.10.2022