Balakən rayonunun Gərəkli kənd sakini F.Qarayevin yaşadığı evdən 2 kiloqram 185 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu götürülüb
05.10.2022Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gərəkli kənd sakini, əvvəllər məhkum olunmuş F.Qarayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən 2 kiloqram 185 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 10 ədəd çətənə kolu götürülüb.