Şirvan şəhər sakini C.Alışovdan narkotik vasitələr aşkar edilərək götürülüb
05.10.2022Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş C.Alışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 24 qramdan artıq heroin və 4 qramdan artıq tiryək aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 917 qrama yaxın heroin, 12 qramdan artıq metamfetamin və marixuana götürülüb.