Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.10.2022Oktyabrın 4-də saat 22 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini M.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bozalqanlı kənd sakini Rəhman Məhərrəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.