Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.09.2022Sentyabrın 28-də saat 15 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini K.Rzayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndliləri Samir Əliyevi və M.Əsgərlini vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əliyev sentyabrın 29-da orada ölüb.
Şəmkir RPŞ-də araşdırma aparılır.