DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 8, silsilə oğurluqlar edən isə 1 nəfər saxlanılıb

29.09.2022

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər. 
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub. 
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.

29.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 67 cinayətin açılması təmin olunub 29.09.2022
  • Buzovna qəsəbə sakini 50 yaşlı Valeh Qədəşovu qətlə yetirməkdə şübhəli bilinən qardaşı oğlu tutularaq istintaqa təhvil verilib 29.09.2022
  • Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Qəbələ rayon sakini Z.Zahidli saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən olunub 29.09.2022
  • Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini S.Həsənov saxlanılıb 29.09.2022
  • Nərimanov rayonunun F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi 29.09.2022
  • Yevlax rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi 29.09.2022
  • Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi 29.09.2022
  • Xaçmaz rayon sakini M.Bayramovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 457 qramdan artıq marixuana aşkar edilərək götürülüb 29.09.2022
  • Oğurluqda şübhəli bilinən Ağsu rayon sakinləri C.Səlimov, R.Kərimov və qardaşı saxlanılıblar 29.09.2022
  • Kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu və 160 qram marixuana aşkar edilərək götürülüb 29.09.2022
  • “Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 8, silsilə oğurluqlar edən isə 1 nəfər saxlanılıb 29.09.2022