DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb

27.09.2022

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən bir neçə oğurluq hadisəsini törədən və nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı əvvəlcə Səbail rayonunda avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov saxlanılıblar.  Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərzilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbal rayonunda dəyəri 2000 manat olan bir ədəd moped oğurladığı üçün saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 
9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər tutularaq isitntaqa təqdim edilib. Bu şəxslərin üzərindən narkotik vasitə heroin aşkar olunub. 
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

27.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 27.09.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakini Ə.Qədəşovu münaqişə zəminində qəsdən öldürməkdə şübhəli bilinən S.Zülalov tutularaq istintaqa təhvil verilib 27.09.2022
  • Bir neçə vətəndaşın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirzəyev saxlanılıb 27.09.2022
  • Yasamal rayonunun H.Cavid prospektində yerləşən bir gözəllik salonundan cüzdan və bir mağazadan pul oğurlamaqda şübhəli bilinən S.Ağayeva saxlanılıb 27.09.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən R.Hümbətov saxlanılıb 27.09.2022
  • Abşeron rayonunun Fatmayı kəndindəki evlərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən C.Əliyarov saxlanılıb 27.09.2022
  • Gəncə şəhər sakini O.Aydınovun cüzdanını oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb 27.09.2022
  • Mingəçevir şəhər sakini H.Bağırovdan 465 qram marixuana götürülüb 27.09.2022
  • Yevlax şəhər sakini K.Xəlilovdan 415 qram marixuana götürülüb 27.09.2022
  • Göygöl rayonunun Aşıqlı kəndi ərazisində “VAZ-21213” markalı avtomobillə kənd sakini M.Həsənov vurulub 27.09.2022
  • Səbail rayonunda silsilə oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb 27.09.2022
  • Bakı şəhərində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən İran vətəndaşı saxlanılıb 27.09.2022