DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Əhmədli”, “NZS”, “Həzi Aslanov” və “Köhnə Günəşli”  qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb

26.09.2022

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istinaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

26.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 26.09.2022
  • Yasamal rayonunun M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 26.09.2022
  • Sumqayıt şəhəri ərazisindəki 7 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Həsənov saxlanılıb 26.09.2022
  • Bərdə şəhər sakini T.Dadaşovun həyətindən 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 26.09.2022
  • Ucar rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teyyubov saxlanılıb 26.09.2022
  • Tovuz şəhər sakini S.Quliyevanın bank hesabından 330 manatının oğurlamaqda şübhəli bilinən rayon sakini B.Mehdiyev saxlanılıb 26.09.2022
  • Yasamal rayonunun A.M.Şərifzadə küçəsində “Nissan” markalı avtomobillə paytaxt sakinləri N.Əliyev və H.Ələkbərov vurulub 26.09.2022
  • “Əhmədli”, “NZS”, “Həzi Aslanov” və “Köhnə Günəşli”  qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb 26.09.2022
  • Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb 26.09.2022
  • Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb 26.09.2022