DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb

26.09.2022

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb. Həmin şxəslərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. 
Qeyd  edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.  Aşkar edilən sonuncu faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 

26.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 26.09.2022
  • Yasamal rayonunun M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 26.09.2022
  • Sumqayıt şəhəri ərazisindəki 7 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini R.Həsənov saxlanılıb 26.09.2022
  • Bərdə şəhər sakini T.Dadaşovun həyətindən 7 ədəd çətənə kolu aşkar olunaraq götürülüb 26.09.2022
  • Ucar rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teyyubov saxlanılıb 26.09.2022
  • Tovuz şəhər sakini S.Quliyevanın bank hesabından 330 manatının oğurlamaqda şübhəli bilinən rayon sakini B.Mehdiyev saxlanılıb 26.09.2022
  • Yasamal rayonunun A.M.Şərifzadə küçəsində “Nissan” markalı avtomobillə paytaxt sakinləri N.Əliyev və H.Ələkbərov vurulub 26.09.2022
  • “Əhmədli”, “NZS”, “Həzi Aslanov” və “Köhnə Günəşli”  qəsəbələrində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb 26.09.2022
  • Abşeron rayonunda mühafizəçi işlədiyi bağ evindən 35 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb 26.09.2022
  • Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 34 nəfər saxlanılıb 26.09.2022