DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində saxlanılan sürücü Q.Məmmədovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub

25.09.2022

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 24-də saat 16 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda “Khazar” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücü, Bakı şəhər sakini Q.Məmmədovun həmin avtomobili narkotik vasitənin təsiri altında, həmçinin etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332-ci və 334-cü maddələri ilə protokol tərtib olunaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan marixuana, heroin, 10 ədəd metadon, 18 ədəd tramadol, 6 ədəd klonazepam, 34 ədəd preqabalin həbləri, həmçinin beşbarmaq, bıçaq və dəmir dəyənək aşkar olunaraq götürülüb.

25.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Ötən gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub 25.09.2022
  • Oğurluq etdiyinə görə tutulan V.Qasımovun Tovuz rayonu ərazisindəki otlaq sahəsindən 5 baş inəyi oğurlaması da müəyyən olunub 25.09.2022
  • Hacıqabul rayonu ərazisində saxlanılan sürücü Q.Məmmədovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub 25.09.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində azyaşlı bir qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 25.09.2022
  • Bakı şəhər sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 25.09.2022
  • Quba rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən A.Xudaverdiyev və C.Güləliyev saxlanılıblar 25.09.2022
  • Zaqatala rayonunun Lahıc kənd sakini S.Atayevdən marixuana və ov tüfəngi götürülüb 25.09.2022
  • Ağdaş rayonunun Malay kənd sakini K.Allahverdiyevdən marixuana və çətənə kolları götürülüb 25.09.2022
  • Ucar rayonunun Lək kənd sakini S.Heydərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 25.09.2022
  • Xızı rayonunun Yeni Yaşma kəndi ərazisində “Land Rover” markalı avtomobillə Xaçmaz rayon sakini S.Vəliyev vurulub 25.09.2022
  • Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub 25.09.2022