Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub
25.09.2022Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.