Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub

23.09.2022

Sentyabrın  23-də ölkə ərazisində qeydə alınan 84, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

  • Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    
  • Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

23.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub 23.09.2022
  • Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən pulunu talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 23.09.2022
  • Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yerləşən istixanadan 2000 metr qaz borusunu kəsərək oğurlamaqda şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb 23.09.2022
  • Binəqədi rayonu ərazisində bir avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılıb 23.09.2022
  • Gədəbəy rayonundakı Sarıtala yaylağında rayon sakini D.Zeniyevə məxsus 10 baş inəyi oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini V.Qasımov saxlanılıb 23.09.2022
  • İsmayıllı rayon sakini M.Məmmədovun həyətindən 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Mirzəyev və S.Səlimov saxlanılıblar 23.09.2022
  • Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “KamAZ” markalı yük avtomobili ilə yolu keçən iki piyadanı vurub 23.09.2022
  • Binəqədi rayonunda narkokuryerlik edən taksi sürücüsü və daha bir nəfər saxlanılıb 23.09.2022