DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda narkokuryerlik edən taksi sürücüsü və daha bir nəfər saxlanılıb

23.09.2022

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Ötən gün baş tutan sonuncu əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi Gülüstan küçəsi ərazisində saxlanılıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb. 
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.
Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. 

23.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub 23.09.2022
  • Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən pulunu talamaqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar 23.09.2022
  • Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yerləşən istixanadan 2000 metr qaz borusunu kəsərək oğurlamaqda şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb 23.09.2022
  • Binəqədi rayonu ərazisində bir avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılıb 23.09.2022
  • Gədəbəy rayonundakı Sarıtala yaylağında rayon sakini D.Zeniyevə məxsus 10 baş inəyi oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini V.Qasımov saxlanılıb 23.09.2022
  • İsmayıllı rayon sakini M.Məmmədovun həyətindən 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən rayon sakinləri A.Mirzəyev və S.Səlimov saxlanılıblar 23.09.2022
  • Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “KamAZ” markalı yük avtomobili ilə yolu keçən iki piyadanı vurub 23.09.2022
  • Binəqədi rayonunda narkokuryerlik edən taksi sürücüsü və daha bir nəfər saxlanılıb 23.09.2022