DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb

20.09.2022

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 47 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. 
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

20.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub 20.09.2022
  • Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini X.Əliyev saxlanılıb 20.09.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar 20.09.2022
  • Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Rəhimli saxlanılıb 20.09.2022
  • Qaradağ rayonunun Yeni Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 20.09.2022
  • Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb 20.09.2022
  • Polis ötən gecə “Papanin” və “Kubinka” da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib – 10 nəfər saxlanılıb, onlardan ikisi qadındır 20.09.2022