Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” markalı avtomobil qarşıda gedən “Zoomlion” markalı yük avtomobilinə çırpılıb
19.09.2022Sentyabrın 19-da saat 9 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Teymur Gadzhıyev idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən M.Mahmudovun idarə etdiyi “Zoomlion” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü və sərnişini, həyat yoldaşı Mahirə Məmmədova hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.