Göyçay rayonunun Xəlitli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hasara çırpılıb
19.09.2022Sentyabrın 19-da saat 18 radələrində Göyçay rayonunun Xəlitli kəndi ərazisində kənd sakini Elton Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobili hasara vurub. Nəticədə sürücü və sərnişini olan həmkəndlisi Murad İbrahimov hadisə yerində ölüblər.
Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.