Qəbələ şəhəri ərazisində şəhər sakini Ə.Zeynallı idarə etdiyi avtomobillə yolu keçən T.Eyvazovanı vurub
18.09.2022Sentyabrın 18-də saat 13 radələrində Qəbələ şəhəri ərazisində şəhər sakini Ə.Zeynallı idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Telli Eyvazovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.