Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 6200 manat pul oğurlamaqda şübhəli bilinən A.Məmmədzadə saxlanılıb
16.09.2022Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən 6200 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini A.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.