Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis ötən gecə “Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib – 16 nəfər saxlanılıb

13.09.2022

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
 

13.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 101 cinayətin açılması təmin olunub 13.09.2022
  • Xəzər rayonunun Binə qəsəbəsindəki evlərdən birinin həyətində yerləşən qarajdan təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən B.Şirinov saxlanılıb 13.09.2022
  • Binəqədi qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar 13.09.2022
  • Oğurluq etdiyinə görə tutulan Q.Hüseynovun Binəqədi rayonu ərazisindəki daha 6 evdən oğurluq etməsi müəyyən olunub 13.09.2022
  • Səbail rayonu ərazisində 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini V.Əzizov saxlanılıb 13.09.2022
  • Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Zeynalov saxlanılıb 13.09.2022
  • Bərdə rayonunda yaşayan Ç.Əliyevin həyətindən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini K.İsmayılov saxlanılıb 13.09.2022
  • Quba rayonunun Yuxarı Xanəgah kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib 13.09.2022
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə piyada vurulub 13.09.2022
  • Polis ötən gecə “Papanin” və “Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib – 16 nəfər saxlanılıb 13.09.2022
  • Sumqayıtda yol polisləri yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq avtobus sürücülərinə xəbərdarlıq edib 13.09.2022