Ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alan Qəbələ rayon sakini V.Rüstəmovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb
11.09.2022Qəbələ Rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub.
Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.