Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2022Sentyabrın 11-də saat 20 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Bakı şəhər sakini Rauf Bəkirovun idarə etdiyi “Hyundai”, kənd sakinləri Q.Şükürovun idarə etdiyi “Ford” markalı avtomobillər və H.Zülfüqarovun idarə etdiyi “TR-045” markalı traktor toqquşub. Nəticədə R.Bəkirov hadisə yerində ölüb.
Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.