Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən H.Səfərov saxlanılıb
09.09.2022Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini H.Səfərov saxlanılıb. Araşdırma aparılır.