Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləcəridə son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb

09.09.2022

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb. Onların üzərindən, Biləcəri qəsəbəsi ərazisində yaşadıqları evlərdən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik maddələr aşkar edilib. 
Daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunun digər kənd və qəsəbələrində son  1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərlərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli  həblər aşkar olunub.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.

09.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 103 cinayətin açılması təmin olunub 09.09.2022
  • Samux rayonunun Sarıqamış kəndi ərazisində “VAZ-21061” markalı avtomobili qarşıda gedən “ZİL” markalı avtomobilə çırpılıb 09.09.2022
  • Bakı şəhər sakini A.Kərimovdan heroin aşkar olunub 09.09.2022
  • Ağdam rayon sakini olan bir qadının bank hesabından 1200 manat oğurlamaqda şübhəli bilinən M.Həsənov saxlanılıb 09.09.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən H.Səfərov saxlanılıb 09.09.2022
  • Qaradağ rayonunun Ümid qəsəbə sakini H.Şirinova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən R.İbrahimov Səngəçal qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb 09.09.2022
  • Xətai rayonu ərazisində avtomobildən 30.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev saxlanılıb 09.09.2022
  • Şirvan şəhər sakini G.Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb 09.09.2022
  • Quba rayonunun Qımılqışlaq kəndində yaşayan V.Mahmudovun evindən marixuana, çətənə toxumları, elektron tərəzi, həyətyanı sahəsindən isə çətənə kolları götürülüb 09.09.2022
  • Sabirabad şəhər sakini T.Nəsirovun həyətindən çətənə kolları və 3 kiloqramdan artıq marixuana götürülüb 09.09.2022
  • Binəqədi rayonunda qadının qızıl boyunbağısını soyğunçuluq edərək alan şəxs saxlanılıb 09.09.2022
  • Biləcəridə son 1 həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb 09.09.2022
  • Son 14 gündə 29 narkotacir tutulub, onlardan 120 kiloqram narkotik maddə aşkar edilib 09.09.2022