Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində ötən gecə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah saxlayan 23 nəfər saxlanılıb

08.09.2022

Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib, ümumilikdə 23 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. 
Daxil olmuş əməliyyat məlumatı əsasında Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.
 Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

08.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 08.09.2022
  • Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində “Mercedes” və “İsuzu” markalı avtomobillər toqquşub 08.09.2022
  • Xətai rayonunun Babək prospektində “Honda” markalı avtomobillə Xaçmaz rayon sakini E.Əlibəyov vurulub 08.09.2022
  • Xırdalan şəhəri ərazisində iki vətəndaşdan pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ə.Bayramov saxlanılıb 08.09.2022
  • Şamaxı rayonunun bir neçə kəndində dəmir boru, dəmir dirəklər və qaz borularını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar 08.09.2022
  • Ağdam rayonunun Qasımbəyli qəsəbə sakini Ş.Hüseynovun həyətindən çətənə kolları və marixuana aşkar edilərək götürülüb 08.09.2022
  • Sabirabad rayonunun Şəhriyar kənd sakini Q.Hüseynovun həyətindən çətənə kolları və marixuana aşkar edilərək götürülüb 08.09.2022
  • Sabunçu rayonu Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində ötən gecə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və üzərində odlu silah saxlayan 23 nəfər saxlanılıb 08.09.2022
  • Xəzər rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar 08.09.2022
  • “İnstaqram”da xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb 08.09.2022