Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda aralarında yaranmış münaqişə zamanı qardaşını öldürməkdə şübhəli bilinən S.İsmayılov tutularaq istintaqa təhvil verilib
07.09.2022Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə sentyabrın 7-də saat 13 radələrində Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda Səyyad İsmayılovun öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla qardaşı Siyavuş İsmayılovun aralarında yaranmış münaqişə zamanı oraqla Səyyada xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyavuş İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.