Dələduzluğa görə axtarışda olan Samiq İlyasov saxlanılıb
07.09.2022Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə axtarışda olan Samiq İlyasov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun avqustun 30-da Bakı şəhər sakini S.Quliyevə məxsus 2400 manat dəyərində mopedi oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.