Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis ötən gecə “Papanin”də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib

07.09.2022

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin” kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib. Tədbir zamanı qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar. Həmin şəxslərin hər birindən külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri istifadə etməklə yanaşı paytaxt ərazisində satışı ilə də məşğul olduqlarını da bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı 3-cü mikrorayon ərazisində yerləşən marketlərin birində quraşdırılan  “E-manat” terminalını qıraraq orada olan 8400 manatı oğurlayan şəxslər tutulublar. Əməliyyat zamanı hadisəni törədən Tahib Əmiraslanov və Eldar Zeynalov saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Tahib Əmiraslanov və Eldar Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə digər ərazi polis orqanlarına məlumat verə bilərlər.

07.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 99 cinayətin açılması təmin olunub 07.09.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda aralarında yaranmış münaqişə zamanı qardaşını öldürməkdə şübhəli bilinən S.İsmayılov tutularaq istintaqa təhvil verilib 07.09.2022
  • Cəlilabad şəhəri ərazisindən Əliabad kənd sakini A.Tağıyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Hacıməmmədli kənd sakini Ş.Bayramov saxlanılıb 07.09.2022
  • Nizami rayonunun C.Naxçıvanski küçəsində Z.Cəfərovanın cüzdanının soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən V.Məmmədov müəyyən olunaraq saxlanılıb 07.09.2022
  • Xətai rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən E.Əşrəfov saxlanılıb 07.09.2022
  • Dələduzluğa görə axtarışda olan Samiq İlyasov saxlanılıb 07.09.2022
  • Biləsuvar rayonunun Bağbanlar kənd sakini E.Mehtizadəni silahla hədələyən əmisindən qanunsuz saxladığı ov tüfəngi götürülüb 07.09.2022
  • Ağcabədi şəhəri ərazisində Avşar kənd sakini A.Şakirovu xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq qolundan yaralamaqda şübhəli bilinən qohumu L.İslamov saxlanılıb 07.09.2022
  • Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini E.Eyvazovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 07.09.2022
  • Gəncə şəhərinin 28 May küçəsində “Opel” və “VAZ-2107” markalı avtomobillər toqquşub 07.09.2022
  • Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində “Daf” markalı avtomobillə qəsəbə sakini G.Qurbanova vurulub 07.09.2022
  • Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini Ə.Səfərova vurulub 07.09.2022
  • Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar azadlığa çıxandan sonra yenidən oğurluq etdikləri üçün saxlanılıblar 07.09.2022
  • Polis ötən gecə “Papanin”də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib 07.09.2022