Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatı yandırmaqda şübhəli bilinən şəhər sakini R.Tağıyev tutulub

03.09.2022

Sentyabrın 3-də saat 3 radələrində Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatın yandırılması nəticəsində yanar konstruksiyalar, 700 ədəd ot bağlaması yanıb, 2 baş inək tələf olmub, yanıq xəsarəti alan Ə.Əliyevə, həyat yoldaşı və oğluna xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. 
Həmçinin həmin gün saat 4 radələrində Ə.Əliyevin yeznəsi İ.Balammədovun yaşadığı Baş Zəyzid kəndindəki ev, həyətindəki “VAZ-2106” markalı avtomobil, habelə qardaşına məxsus yardımçı təsərrüfatın yandırılması nəticəsində evin, avtomobilin, yardımçı təsərrüfatın yanar konstruksiyaları, 700 ədəd ot bağlaması yanmıb, 5 baş inək tələf olub, İ.Balammədovun anasına və dayısına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. 
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İ.Balammədovun xalası oğlu, şəhər sakini R.Tağıyev tutulub. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin,120-ci (qəsdən adam öldürməyə cəhd) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb. 
Araşdırma aparılır.

03.09.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 03.09.2022
  • Şəki rayonunun Vərəzət kənd sakini Ə.Əliyevə məxsus yardımçı təsərrüfatı yandırmaqda şübhəli bilinən şəhər sakini R.Tağıyev tutulub 03.09.2022
  • Binəqədi rayonu ərazisində Abşeron rayon sakini H.Cavanşirov idarə etdiyi avtomobillə 65-70 yaşlı qadın vurulub 03.09.2022
  • Avqustun 29-da G.Hacıyevanın pulunu, şəxsiyyət vəsiqəsini və bank kartını oğurlamaqda şübhəli bilinən H.Abdullayev saxlanılıb 03.09.2022
  • Binəqədi rayonu ərazisindəki evlərin birindən pul, geyim və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Abbasova saxlanılıb 03.09.2022
  • Sumqayıt rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.Əliyeva saxlanılıb 03.09.2022
  • Salyan rayonunun Qaraçala qəsəbə sakini E.İsmayılovun həyətindən 5 ədəd çətənə kolu və 24 kiloqramdan artıq marixuana götürülüb 03.09.2022
  • Şəmkir rayonunun Düyərli kənd sakini Q.Babayevdən 6 qrama yaxın marixuana aşkar edilib 03.09.2022
  • Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.09.2022