Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində “Opel” markalı avtomobil aşıb
02.09.2022Sentyabrın 2-də saat 23 radələrində Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində rayon sakini Vüsal Babayev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.