Şabran rayon sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Bağırov avtomobillə birgə saxlanılıb
02.09.2022Şabran Rayon Polis Şöbəsinə sentyabrın 2-də Ağalıq kəndi ərazisindən rayon sakini T.Nəsirova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini E.Bağırov avtomobillə birgə saxlanılıb.
Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.