Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Mayılova qarşı quldurluq törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Hüseynov saxlanılıb
31.08.2022Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Mayılovun 200 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov müəyyən edilərək saxlanılıb.
Binəqədi RPİ-də araşdırma aparılır.