Neftçala rayonunun Xıllı qəsəbə sakini S.Əliyevi münaqişə zəminində öldürməkdə şübhəli bilinən S.Qurbanov tutularaq istintaqa təhvil verilib
30.08.2022Neftçala Rayon Polis Şöbəsinə avqustun 30-da saat 11 radələrində Xıllı qəsəbəsində Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla rayon sakini, əvvəllər məhkum olunmuş S.Qurbanovun münaqişə zəminində onu qayçı ilə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.