Şəki rayonunun Baş Göynük kəndi ərazisindəki bir mağazadan pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb
30.08.2022Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cari il iyul ayının 18-dən avqust ayının 30-dək olan müddətdə Baş Göynük kəndi ərazisindəki bir mağazadan 190 manat pul və 700 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən N.Məmmədov saxlanılıb. Araşdırmalarla onun kənd ərazisində “VAZ-2107” markalı bir avtomobili yandırması da müəyyən olunub.