Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində “BMW” və “Baic” markalı avtomobillər toqquşub
24.08.2022Avqustun 24-də saat 11 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Quliyevin idarə etdiyi “BMW” markalı və Müşviq Mustafayevin idarə etdiyi “Baic” markalı avtomobillər toqquşub. Nəticədə M.Mustafayev hadisə yerində, sərnişini Anargül Mustafayeva isə xəstəxanada ölüb.
Suraxanı RPİ-də araşdırma aparılır.