Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub

22.08.2022

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

22.08.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub 22.08.2022
  • Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini S.Ömərova vurulub 22.08.2022
  • Ağcabədi rayonunun Şahsevən kəndi ərazisində “Chevrolet Niva” markalı avtomobili qarşıda gedən “QAZel” markalı avtomobilə çırpılıb 22.08.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinə soxularaq ona qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 22.08.2022
  • Səbail rayonu ərazisində bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Qulamov saxlanılıb 22.08.2022
  • Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini T.Məmmədov saxlanılıb 22.08.2022