Gəncə şəhərində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəhər sakini G.Abdullayeva saxlanılıb
20.08.2022Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də saat 12 radələrində Gəncə şəhəri Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini G.Abdullayeva saxlanılıb.
Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.