Yevlax rayonun İrəvanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
10.08.2022Avqustun 10-da saat 14 radələrində Yevlax rayonun İrəvanlı qəsəbəsi ərazisində Tovuz rayon sakini Əmrah Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Q.Malımovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sürücü və sərnişini Y.Alıyev xəstəxanaya yerləşdirilib, Ə.Mahmudov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.