Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
07.08.2022Avqustun 7-də saat 7 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri M.Vəliyev 164 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu E.Mürşüdovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub. Nəticədə E.Mürşüdovun sərnişini Sevinc Mürşüdova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiat İdarəsi tərəfindən araşdırma aparılır.