Şirvan şəhərində yaşayan Cəmalə Qənbərovanı qətlə yetirməkdə, onun bacısına isə xəsarət yetirməkdə şübhəli bilinən K.Qənbərov tutularaq istintaqa təhvil verilib
29.07.2022Şirvan Şəhər Polis Şöbəsinə iyulun 29-da saat 1 radələrində şəhər ərazisindəki evlərin birində Cəmalə Qənbərovanın öldürülməsi, bacısına isə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla K.Qənbərovun evdə münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirərək öldürməsinə, onun bacısına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.