Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2022İyulun 23-də saat 23 radələrində Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yolu keçən kənd sakini Fərhad Fərhadov avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21015” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Qarayev saxlanılıb. Araşdırma aparılır.