Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2022İyulun 23-də saat 11 radələrində Siyəzən şəhəri ərazisində Bakı şəhər sakinləri Etibar Əliyevin idarə etdiyi “Ford Transit” və F.Məmmədovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə E.Əliyev və sərnişini Azad Əliyev hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.