Ucar rayon sakini Südabə Rəhimova yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən hadisə yerində ölüb
21.07.2022İyulun 20-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Tovuz rayon sakini T.Cəfərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Südabə Rəhimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.