Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Beyləqan rayonunun Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb
20.07.2022İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib.
Nəticədə piyada hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.