Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb
20.07.2022Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qamışlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hacıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.